25 Avqust 2019, Bazar - 11:59

N.Hülkenberq yeni mövsümə necə hazırlaşır?

N.Hülkenberq yeni mövsümə necə hazırlaşır?

Müəllif: Rauf Hacıyev, redaktor

07:39 - 30 Yanvar, 2017

Yeni mövsümdə reqlament dəyişdikdən sonra bolidlərin daha sürətli olması gözlənilir və bu da o deməkdir ki, sürücülərə fiziki cəhətdən daha çox güc düşəcək.

F-1.az xəbər verir ki, Niko Hülkenberq də yeni bolidlərə tez uyğunlaşmaq üçün idman edir və inanır ki, bu, ona üstünlük qazandıracaq: “Xüsusən də Monakoda bolidlərin döngələrdə nə qədər sürətli olduğunu hamı görəcək. Demək olar ki, maksimum asfaltayatma qüvvəsi ilə yarışacağıq və Monakoya qədər heç kim bolidlərin nəyə qadir olduğunu tam başa düşməyəcək.

Hər gün saat 4-də durub, 2 saat idman edirəm. Daha sonra bunu günorta da təkrar edirəm. Bolidləri idarə etmək daha çətin olacaq və biz buna ən yaxşı formada uyğunlaşmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 545
Teqlər ,
Paylaş

logo