Renault gələn il üçün sürücü heyəti ilə bağlı qərarını təxirə salıb

Komanda bunu gənc və istedadlı sürücülərin çıxışını dəyərləndirmək məqsədi ilə edib.

F-1.az xatırladır ki, Renault hazırda komandada çıxış edən Kevin Maqnussen və Colion Palmerlə müqaviləni uzatmayıb. Komandanın Serxio Peres və Stoffel Vandornla maraqlanması ilə bağlı iddialar var idi, lakin Vandornun gələn il yarışacağının dəqiq olması, Peresin isə komandası ilə müqaviləsini uzatmağa yaxın olması bu iddiaların üzərindən xətt çəkib.

MotorSport.com-a danışan komandanın rəhbəri Frederik Vassyör uzun müddət yarışa biləcək gənc bir sürücü axtardıqlarını, bunun üçün də çox vaxt lazım olduğunu bildirib.

Frederik Vassyör: “Qərarı verəcəyimiz son tarix bəlli deyil. Kimlərlə yarışacağımızı hətta qış testlərindən bir həftə əvvəl də açqlaya bilərik. Yaşlı və təcrübəli sürücülərdənsə gənc sürücülərə diqqət yetiririk. Çünki bu qısamüddətli layihə deyil. Biz 2020-ci illər üçün sürücülər tapmaq istəyirik. Gənc sürücülərlə bağlı vəziyyət, fikirlərimiz də hər yarışdan sonra dəyişilir. Lakin təcrübəli sürücülərdə belə deyil. Onların keçmişdə nələr etdiklərini, bundan sonra da nələr edə biləcəklərindən xəbərdarıq. Esteban Qutyerresi də izləyirik. Qərar vermək üçün zamana ehtiyac var”.

Esteban Okonun gələn il Renault-da yarışacağının dəqiq olduğu bildirirlir. Lakin digər sürücünün kim olacağı məlum deyil. Komanda hazırki iki sürücüdən birinin gələn il yarışa biləcəyini istisna etmir, lakin onlardan daha yaxşı namizəd axtardığı da heç kimə sirr deyil. Onlar həmçinin, Williams ilə müqaviləsini hələ də uzatmayan Valtteri Bottas və Toro Rosso-nun sürücüsü Karlos Sayntsla da maraqlanırlar. Vassyör komandanın motivasiyasını qaldıracaq sürücü axtardıqlarını deyir: “Hamının motivasiyasını yüksəkdə saxlaya biləcək bir sürücü olmalıdır. Komandada şassi və motorla məşğul olan 1000 işçi var. Belə olarsa, böyük uğurlar bizi gözləyir. Sebastyan Fetteli F3-də gördüyümdə bilirdim ki, o, gələcəkdə böyük pilot olacaq. Komandadakı hamını razı sala biləcək, onları ətrafında cəmləyə biləcək sürücü lazımdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*