23 Avqust 2019, Cümə - 04:26

D.Kvyat Kanada yarışının startında 3 yer itirəcək

D.Kvyat Kanada yarışının startında 3 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

22:26 - 29 May, 2016

Daniil Kvyat Monakoda Kevin Maqnussen ilə yaşadığı təmasa görə Kanada QP-nin startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, yarışın əvvəlində elektronik problemlərə görə bir dövrə geriyə düşən Kvyat, öz dövrəsini geri almaq istəyərkən, Tabac döngəsində Maqnussen ilə insident yaşayıb.

Hovuz döngəsində Kvyatın ötməsinə icazə verməyən Maqnussen, La Rascasse-da da müdafiə olunmasına baxmayaraq, Kvyat ona hücum edib və sürücülər arasında insident yaşanıb.

Stüardların araşdırmasından sonra Kvyata iki cəza balı və Kanada yarışının startında 3 yer itirmə cəzası verilib. Hazırda rusiyalı sürücünün lisenziyasında 7 cəza balı var.

FİA-nın açıqlaması: “26 nömrəli bolidin sürücüsü çox kiçik bir boşluğu təmaslarla açaraq, ötmə etməyə çalışıb və qəzaya səbəb olub”.

Yarışdan sonra açıqlama verən Kvyat, günahı danimarkalı sürücüdə görüb: “Yarışırdıq. İki dəfə yerini aqressiv formada qorudu və buna görə də təmas yaşadıq.

Sonrakı döngədə daxili trayektoriyadan dönməyə çalışdım və o, bolidi mənim üstümə çəkdi. Divardan keçə bilməzdim. Buna görə də ona çırpıldım.

Sözün açığı, qəza belə oldu. İki dövrə əvvəl eyni buna bənzər bir hücum etdim, amma sizin ötmənizə icazə verməyən sürücü ilə mübarizə aparanda belə hallar olur.

İtirəcək heç nəyim yox idi və buna görə də mübarizə apardım. O məni bloklamaq istədi. Kənardan baxanda necə göründüyünü bilmirəm”.

Maqnussen ilə olan qəza rusiyalı sürücü üçün günün sonuncu bəxtsizliyi olub: “Biabırçı bir gün idi. İşə daha yaxşı fokuslanmalıyıq, çünki yarışın əvvəlində 60 km/saat sürətdə ilişməyimiz yaxşı hal deyil.

Heyif ki, belə hallar olur. Amma bunlar olsa, xal ala bilmərik. Yaxşı xallar qazana bilərdik, amma bacara bilmədik.

Kanadaya getmək üçün səbirsizlənirəm. Çünki burada özümü aciz hiss edirəm. Yarışa başlamamış məğlub olmaq çox pis hissdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 412
Teqlər , , ,
Paylaş

logo