Haas-ın yeni bolidi üzə çıxıb

Haas komandasının 2017-ci il bolidi VF-17 Kataloniyadakı çəkiliş günündə üzə çıxıb.

F-1.az xatırladır ki, amerikalılar keçən mövsüm mükəmməl debüt etmiş və 8-ci olmuşdular. Haas komandası 2017-ci ildə daha bir az inkişaf etmək istəyir.

Qrojanı komandada saxlayan və xal qazana bilməyən Qutyerresin əvəzinə Kevin Maqnusseni gətirən Amerika təmsilçisi bu mövsümdə də Ferrari mühərriyi ilə yarışacaq. Komanda yeni bolidini bugünkü təqdimat mərasıminində göstərməli idi, amma çəkiliş vaxtı Haas-ın yeni bolidi üzə çıxıb.

Boliddəki köpək balığı üzgəci və barmaqşəkilli qanad diqqət cəlb edib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*