Pyetro Fittipaldi Haas komandasının test sürücüsü olacaq

İkiqat dünya çempionu Emerson Fittipaldinin nəvəzi Pyetro gələn il üçün Haas komandası ilə müqavilə imzalayıb.

F-1.az bildirir ki, Pyetro Fittipaldi əsas işinə gələn ildən başlasa da, noyabrın 27-də Əbu Dabi testlərində VF-18-in sükanı arxasında çalışacaq.

Pyetro Fittipaldi: “Çox şadam ki, Haas komandasının test sürücüsü olacam və buna görə də Cin Haasa və Günter Ştaynerə təşəkkür etmək istəyirəm. Onlar F1-də öz işlərinin öhdəsindən əla gəlirlər, və mən şadam ki, onlar məndən komandanın uğuruna töhfəmi verməyi xahiş ediblər. Əbu Dabi testlərini səbirsizliklə gözləyirəm. Gələcəkdə F1-də əsas sürücü olmağa ümid edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*