Rəsmən: Haas gələn il də eyni heyətlə mübarizə aparacaq

Haas komandası gənc sürücüləri Mik Şumaxer və Nikita Mazepinlə olan müqaviləni bir il uzadıb.

F-1.az xatırladır ki, hər iki sürücü komandaya bu il qatılıb və geridə qalan 14 yarışda xal qazana bilməyiblər. Lakin belə görünür ki, Amerika komandası gənc sürücülərdən razı qalıb və onlara daha bir il şans vermək niyyətindədirlər.

Günter Ştayner: “Növbəti mövsümdə komandada davamlılıq istəyirdik. Buna görə də sürücülərimiz Mik və Nikita ilə daha bir il müqavilə imzaladıq. 2021-ci il mövsümü hər iki sürücü üçün də öyrənmək üçün fürsət idi. Onlar bunun öhdəsindən gəldilər. Onlar Formula1-in çətinliyini və komanda ilə işləməyi öyrəndilər. Növbəti mövsümdə karyeralarında dah bir addım atacaqlar. Biz də əminik ki, onlara qəqabətədavamlı paket verəcəyik”.

Mik Şumaxer: “Formula1-in bir hissəsi olmağa davam edəcəm və bu, mənim ən böyük xəyalımdır. Haas ilə ilk mövsüm həm həyəcanlı, həm də öyrədici idi. Əminəm ki, bu il qazandığım təcrübəni növbəti mövsümdə istifadə edə biləcəm. Yeni texniki reqlament, Haas komandası təsiredici istəyi, Ferrari-nin dəstəyi… İnanıram ki, gələn il xallar uğrunda mübarizə apara biləcəyik. Güclü komandanın bir hissəsi olmaq üçün səbirsizlənirəm. Komandanın inkişafı üçün əlimdən gələni edəcəm. Ən sonda mənə güvəndikləri üçün Ferrari Sürücü Akademiyasına təşəkkür edirəm”.

Nikita Mazepin: “Növbəti mövsüm üçün, yeni bolidə görə və ən sonra yeni fürsət üçün çox həyəcanlıyam. Düşünürəm ki, növbəti mövsüm daha güclü olacağıq”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*