K.Maqnussen komandasından razıdır

Haas komandasının sürücüsü Kevin Maqnussen Haas komandasında yarışdığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, amerikalı komanda bu mövsüm üçün sürətli bolid düzəltsə də, yarışlarda yaşadığı bəxtsizliklərə görə yüksək nəticələr ala bilmir. Barselonada Maqnussen 9-cu yerdə gedərkən təkəri deşilmiş və xalsız qalmışdı.

Kevin Maqnussen: “Komanda əlindən gələni edir və bunu görmək çox gözəldir. İlk yeniliklər yaxşı işlədi və doğru yolda olduğumuzu gördük. Amma getdikcə nəticələri yaxşılaşdırmalıyıq. Komandaya gəlməmişdən əvvəl burada özümü yaxşı hiss edəcəyimi bilirdim. Gözləntilərim boşa çıxmadı və hər şey istədiyim kimi gedir. Hamı uğur qazanmaq üçün əlindən gələni edir. Bu da bizə hədəflərimizə çatmağa kömək edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*