K.Maqnussen: Hədəfimiz orta qrupdur

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Bəhreyn yarışından həzz alıb.

F-1.az xatırladır ki, bir ildən sonra Formula1-ə qayıdan Kevin Maqnussen Bəhreyndə mükəmməl performansla 5-ci olub.

Kevin Maqnussen: “Əyləncəli yarış idi və həzz aldım. Orta qrupda mübarizə aparmaq gözəl idi və bolidi təkmilləşdirən komandama təşəkkür edirəm. Orta qrupdakı ən yaxşı maşın bizdə idi. Bütün bunlar komandamın hesabına oldu. Bu bolidin inkişafında hər hansı qatqım olmayıb. Sadəcə içinə girdim və sürdüm. Əla maşındır.

Məncə, hədəfimiz orta qrup olmalıdır. Red Bull mübarizəni dayandırdığı üçün şanslıyıq. Ciddədə 7-ci olsaq, Bəhreynlə eyni nəticə qazanacağıq. Çünki normal şərtlərdə Bəhreyndə 7-ci olacaqdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*