Bəhreyn testləri bir gün əvvəl başlayacaq

Bəhreyndə mövsümöncəsi qış testlərinin ikinci seriyasının cədvəli təsdiqlənib.

F-1.az xatırladır ki, əvvəlki qrafiklə testlərin martın 11-də başlayacağı planlaşdırılmışdı, lakin mövsümün başlamasına əlavə bir gün qalması üçün testlərin başlanması qrafikinin dəyişdirilməsi qərara alınıb.

Nəticədə testlər martın 10-dan 12-dək keçiriləcək. Tamaşaçılar tribunalara buraxılacaq – biletlərin alınması ilə bağlı təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Sonda bir daha xatırladaq ki, mövsümöncəsi testlərin ilk seriyası fevralın 23-dən 25-dək Barselonada keçiriləcək.

Mövsüm isə qış testlərinin ikinci seriyası tamamlandıqdan bir həftə sonra elə Bəhreyndə başlayır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*