19 Oktyabr 2019, Şənbə - 13:38

Rəsmən: K.Maqnussen Haas-da!

Rəsmən: K.Maqnussen Haas-da!

Müəllif: Rauf Hacıyev, redaktor

21:04 - 11 Noyabr, 2016

Haas komandası bir az əvvəl verdiyi açıqlamada gələn il üçün Kevin Maqnussen ilə müqavilə imzalandığını mətbuata bildirib.

F-1.az xatırladır ki, gənc sürücü 2014-cü ildə McLaren komandası ilə Formula1-də debüt etmiş və ilk yarışında podiuma yüksəlmişdi. 2015-ci ildə McLaren-in test sürücüsü olan Maqnussen 2016-cı ildə Renault komandası ilə idmana qayıtmışdı.

Amma Renault 2017-ci il üçün Hülkenberq ilə müqavilə imzaladığı üçün Maqnussen və Palmerin gələcəkləri müəmmalı idi. Ancaq fransızlar bu gün gələn mövsüm Hülkenberq-Palmer cütü ilə yarışacaqlarını açıqlayıblar. Maqnussen isə Haas komandasının ikiillik müqavilə təklifini qəbul edib və müqavilə artıq rəsmən açıqlanıb.

Kevin Maqnussen: “Bu, mənim üçün mükəmməl fürsətdir və Haas komandasının bir hissəsi olduğum üçün sevincliyəm. Bir Formula1 sürücüsü kimi istedadıma əminəm. Haas-ın gələnilki performansına da əminəm.

Cin Haas güclü karyerası olan insandır və Formula1-ə fərqli strategiya ilə gəlib. Məncə, mükəmməl iş görürlər. Gələn il Haas VF-17-nin sükanı arxasında olmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 292
Teqlər , , , , ,
Paylaş

logo