13 Dekabr 2018, Cümə axşamı - 19:32

K.Maqnussen: “Problemlər xal almağa qoymur”

K.Maqnussen: “Problemlər xal almağa qoymur”

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 09 Aprel, 2016

Renault komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, əgər problemsiz bir yarış keçirsə, Renault komandasına ilk xallarını qazandıra bilər.

F-1.az xatırladır ki, danimarkalı sürücünün ilk yarışda təkəri partlayıb və Bəhreyndə tərəziyə gəlmədiyi üçün pitdən başlama cəzası alıb. Kevin Maqnussen hər iki yarışda xal almağa yaxın olsa da, bu problemlər üzündən xalsız qalmışdı.

Maqnussen Bəhreyndə əla performans göstərərək 22-ci yerdən 11-ci yerə qədər yüksəlmişdi. Maqnussen bildirib ki, Renault-nun xal alma potensialı var: “Bu məyusedicidir. Bəzən yarışlarda belə olur. Amma biz xal almağa çox yaxınıq və bu hal bizə motivasiya verir. Boliddə özümüzü yaxşı hiss edirik. Təbii ki, biz də daha çox asfalta yatma qüvvəsi və güc istəyərik, kim istəməz?

Rəqiblərimin arxasında olanda sürətlənirəm, daha çox hücum və ötmə edirsiniz, ancaq peletonun arxasından başlayanda nə qədər yaxşı yarışsanız da, 11-ci olursunuz.

Yarışı yaxşı yerdə bitirmək üçün ilk dövrədə səhv etməməlisiniz”.

Renault komandasının texniki direktoru Nik Çester bildirib ki, ortabab komandaların sıx mübarizəsi onlar üçün problem deyil və britaniyalı mütəxəssis əlavə edib ki, onların yarış sürəti güclüdür. Ona görə də onlar sıralanma tempinin üzərində işləməlidirlər: “Ortabab komandalar bir-birlərinə çox yaxındırlar. Avstraliya və Bəhreyndə bunu gördük.

Bu da o deməkdir ki, biz əlimizdəki fürsətləri maksimum dəyərləndirməliyik. Yəni ki, biz bir az sürətlənsək, rahatlıqla xal qazana bilərik.

Sıralanma tempimiz yarış sürətimizdən zəifdir. Ona görə də biz bu sahəyə fokuslanmalıyıq. Bunların hər ikisi də yaxşı olsa, ümumi performansımız da güclənəcək”.

Çester bildirib ki, onlar Palmerin yarışxarici qalma səbəbini araşdırıblar: “Palmer hidravlik nasos probleminə görə yarışı dayandırdı. Belə hallar az-az baş verir. Nasos hələ yeni idi. Ümumilikdə detallar ya təzə olanda, ya da köhnələndə xarab olur.

Biz detalları təmin edən şirkətlərdən problemin səbəbini öyrənəcəyik. Problem həll olmamış bəzi detalları istifadə etməyəcəyik. Bu Colion üçün heç də yaxşı olmadı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər , , ,
Paylaş

logo