K.Maqnussen: Monako əvvəlki illərdəki kimi olacaq

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Monakoda ötmə çətin olacaq.

F-1.az xatırladır ki, Monako küçələrindəki yarışlar əksər hallarda darıxdırıcı keçir. Lakin bu il texniki reqlamentin dəyişməsi ilə ötmələrin artması gözlənilir.

Kevin Maqnussen: “Müasir maşınlar sizə imkan verir ki, rəqibinizi daha yaxından izləyəsiniz. Amma Monako çətin trasdır. Buna görə də əvvəlki illərdən fərqi olmayacaq. Monakofa yarışlar gözəl keçir, ancaq ötmə də bu işin bir hissəsidir.

Bu tras Formula1-in ayrılmaz bir hissəsidir. Trasda sürmək çətin olsa da, Monakoya getmək əyləncəlidir. Monakoda yarışmaq əsl dəlilikdir. Tras dardır və bolidlər çox sürətlidir. Yəni ki, bura inanılmazdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*