M.Ferstappen: “Çətin bir mövsümdə bu qələbə vacib idi”

Formula1 tarixində sonuncu Malayziya yarışının qalibi Maks Ferstappen bildirib ki, bolidin performansı daha yaxşı olub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda 3-cü olsa da, Rəykkönenin mühərrik problemi üzündən yarışa çıxmamasına görə 2-ci yerə yüksəlib. Yarışda izə Həmiltonu keçərək, builki ilk qələbəsini qazanıb.

Maks Ferstappen
: “Cümə günündən etibarən tempimizin yaxşı olduğunu bilirdik və bu gün əla iş görərək, qələbəni qazandıq. Startdan sonra Lyuisin asfaltla ilişmədə problem yaşadığını gördüm və ən qısa müddətdə hücum etməli idim. Qalib gəlmək üçün yaxşı şansım var idi və mən də bunu düşünərək hücum etdim. Mənim üçün çətin keçən bir mövsümdə qələbə qazanmaq vacib idi. Bu qələbə doğru zamanda gəldi. Ümid edirəm ki, sonrakı yarışlarda bu tempimizi davam etdirə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*