Malayziya-2017: Həftəsonuna ilkin hava proqnozu

Həftəsonuna ilkin hava proqnozu Malayziya üçün ənənəvi hava vəd edir - yüksək temperatur, yüksək rütubət və yağışın yüksək yağma ehtimalı.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Beynəlxalq Sepanq Avtodromunda həftənin son 3 günündə havanın temperaturu +30 və +32 dərəcə arasında dəyişəcək, hər 3 gündə yağışın yağma ehtimalı 80% təşkil edir.

Xatırladaq ki, keçən il Malayziyada bütün sessiyalar quru havada baş tutmuşdu…

, ,