Avstraliya-2025: Həftəsonuna hava proqnozu

Avstraliyada hazırda payızın əvvəlidir, lakin mövsümün ilk yarış həftəsonu dəyişkən yay havası ilə keçəcək, güclü külək və yağış istisna deyil.

F-1.az xəbər verir ki, cümə günü rahatdır – günəşli, cənubdan əsən zəif külək, hava gündüz +25C-yə qədər qızacaq, yağıntının ehtimalı isə 10%-dən çox deyil.

Şənbə günü temperatur +32C-yə qədər qalxacaq ki, bu da təkərlərin işinə təsir edəcək, mühəndislər isə maşınların həddindən artıq qızmamasına nəzarət etməli olacaqlar.

Bazar günü yağış və tufanlar səbəbindən külək güclənəcək, temperatur aşağı düşəcək – gündüz +23…24C, yağış ehtimalı isə olduqca yüksəkdir – 90%.

Keçən il Avstraliya Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*