25 Avqust 2019, Bazar - 02:16

M.Ferstappen Ferrari mühərriklərinə inanır

M.Ferstappen Ferrari mühərriklərinə inanır

Müəllif: Rauf Hacıyev, redaktor

12:48 - 11 Yanvar, 2016

Toro Rosso komandasının piloti Maks Ferstappen 2016-cı ildə istifadə edəcəkləri Ferrari” mühərriklərinin 1 saniyə qazandıracağına ümid etdiyini deyib…

F-1.az xatırladır ki, Toro Rosso komandası 2015-ci ildə Renault mühərriklərindən istifadə etmişdi və mövsümboyu etibarlılıq problemləri yaşamışdı.

Amma hollandiyalı pilot 2016-cı ildə istifadə edəcəkləri 2015-ci ilin Ferrari mühərriklərinin komandaya müsbət təsir edəcəyinə inanır: “Ümid edirik ki, hər şey yaxşı olacaq. Təbii ki, həmişə bolidi təkmilləşdirməliyik, amma başlanğıcda hər şey yaxşı görünməlidir. 2015-ci ildə bolidimiz olan STR10 döngələrdə sürətli idi və 2016-cı ildə də şassi ilə bağlı problem yaşayacağımıza inanmıram.

Ferrari mühərrikləri bizim üçün önəmli addım oldu. Düşünürəm ki, bu bizim çıxışımızı yaxşılaşdıracaq. Mühərrikin gücü həmişə önəmlidir. Bunun hesabına 1 dövrədə 1 saniyə qazana bilərsiniz. Bu rəqiblərimizə qarşı önəmli addım olacaq”.

Xatırladaq ki, Toro Rosso komandası 2007-2013-cü illər aralığında Ferrari-nin V8 mühərriklərindən istifadə edib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 491
Teqlər , , , , , , ,
Paylaş

logo