Kimi Rəykkönen 27-ci nəticə göstərib

Dünən əfsanəvi Votkins Qlen avtodromunda Amerikanın məşhur NASCAR seriyasının növbəti yarışı üçün sıralanma turu baş tutub.

Bu mərhələdə Avropa avtoidmanını 3 sürücü qonaq təmsil edib – Kimi Rəykkönen, Daniil Kvyat və Mayk Rokkenfeller.

Cəmi 20 dəqiqəlik məşqlərdən sonra baş tutan təsnifatda Çeyz Elliot poul qazanıb. Kimi onu 1.347 saniyə uduzaraq 27-ci nəticə göstərib. Mayk 33-cü, Daniil isə çıxış edib nəticə göstərənlər arasında sonuncu – 36-cı olub.

Bu gün Bakı vaxtı ilə saat 23:00-da yarış keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*