Çində K.Rəykkönen üçün dua edilib

Alfa Romeo komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Çin yarışında Rəykkönenin mübarizəni dayandırmaması üçün dua edib.

F-1.az xatırladır ki, Şarl Lekler Bəhreyn yarışında injektor problemi yaşadıqdan sonra Ferrari güc qurğusunda idarəetmə blokunu dəyişməli olmuşdu. Monakolu sürücüdən başqa Fettelin maşınında və Haas komandasının maşınlarında da bu detal dəyişdirilmişdi.

Amma Alfa Romeo komandası bu bloku dəyişdirməkdən imtina etmişdilər. Lakin Covinatsi bu problemə görə sıralanma turunda iştirak edə bilmədikdən sonra onun maşınında dəyişiklik etmək məcburiyyəti yaranmışdı. Buna görə də Vassyör yarışı gərginliklə izləyib: “Böyük ümidlə izləyirdik. Düymələrə basmaq asan deyildi. Ancaq bazar günü bizim üçün əla keçdi. Kimi gözəl çıxış etdi və yarışda yaxşı geridönüş etdik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*