D.Rikkardo: Koronavirus testinə nifrət edirəm

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, koronavirus testi vermək heç də əyləncəli deyil.

F-1.az xatırladır ki, Formula1 üzrə 2020-ci il mövsümü gələn həftə start götürəcək. Sürücülər hər həftəsonu koronavirus testi verməli olacaqlar.

Daniel Rikkardo: “Daha əvvəl etdirmişəm və bilirəm ki, Covid testində burundan nümunə götürülür. Doğrudan da əsəbpozucudur. Belə görünür ki, bu il daha 30 dəfə bu testi etdirməliyəm. Ondan heç həzz almamışdım. Bu test üçün səbirsizlənmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*