07 Dekabr 2019, Şənbə - 21:09

L.Həmilton azarkeşlər arasında müsabiqə keçirir

L.Həmilton azarkeşlər arasında müsabiqə keçirir

Müəllif: Elçin Zodorov, redaktor

20:56 - 26 Yanvar, 2017

Üçqat dünya çempionu bu mövsüm istifadə edəcəyi dəbilqənin dizaynı ilə bağlı azarkeşlərdən kömək istəyib.

F-1.az bildirir ki, bu barədə həm sürücü, həm də komanda sosial şəbəkələrdə və rəsmi saytında məlumat veriblər. Mercedes AMG-nin saytında dəbilqənin dizaynı dərc olunub.

Müsabiqə fevralın 6-da başa çatacaq. Həmin vaxta qədər azarkeşlər komandanın saytından şablon dizaynı yükləməli, öz dizaynlarını verdikdən sonra İnstagram-da Həmiltonu işarələyərək (@LewisHamilton) və #LH44Design həştəqindən istifadə edərək paylaşmalıdırlar. Hər bir azarkeş müsabiqədə istədiyi sayda dizaynla çıxış edə bilər.

Lyuis müsabiqənin qalibi ilə bu mövsüm baş tutacaq yarışlardan birində xüsusi olaraq görüşəcək və ona dəbilqənin real ölçülərdə olan imzalı prototipini təqdim edəcək.

Şablonu yükləyə bilmək üçün aşağıdakı şəkildə gösərdiyimiz xananı işarələməlisiniz.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 551
Teqlər ,
Paylaş

logo