L.Həmilton: Heç nə dəyişməyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton boliddə özünü rahat hiss etmir.

F-1.az xatırladır ki, Mercedes Mayamidəki cümə sərbəst yürüşlərində güclü təsir bağışlayıb və zirvəyə bir az yaxın görünüb.

Lyuis Həmilton: “Bolid hələ də mənə eyni gəlir. Mühəndislərimiz isə gücləndiyimizi düşünürlər və burada doğrudan da sürətliyik. Mənə elə gəlmir. Harada inkişaf etdiyimizi bilmirəm. Bolidimiz düzlüklərdə hələ də dalğalanır. Bundan qurtulmasaq da, inkişaf edirik. Özü də hələ cümə günüdür və hamı fərqli şeylər sınayır. Heç kim real tempini göstərmir. Buna görə də ciddiyə almaq olmaz.

Yarış bizim üçün çətin olacaq. Xüsusən də təkərlər qızanda lap çətin ola bilər. İsti hava sürücülər üçün də çətindir. Cümə günü nə qədər arıqladım. Növbəti günlərdə də davam edəcək. Şənbə və bazar günü də iki kilo arıqlayacam. Bu tras mənə Malaziyanı xatırladır. İstilik cəhətdən Kuala Lumpur nömrə birdir. Daha sonra Sinqapur və buradır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*