M.Andretti: Həmilton bütün rekordları qıracaq

Formula1 üzrə 1978-ci ilin Dünya Çempionu Mario Andretti düşünür ki, Lyuis Həmilton bütün rekordları qırmaq üçün yetərli zamana sahibdir.

F-1.az xatırladır ki, Lyuis Həmilton keçən il 6-cı titulunu qazanıb və bir titul da qazansa, bu statistikada əfsanəvi Mixael Şumaxerə çatacaq.

Mario Andretti: “Formula1-də statistika hər şeyi izah edir. Hələ cavandır və bütün rekordları qırmaq üçün vaxtı var. Əlçatmaz kimi gördüyüm Mixael Şumaxerin rekorduna bir şey qalmayıb.

Ancaq Lyuisin maşınları həmişə güclü olub. Onun karyerasına baxanda görürük ki, həmişə güclü maşınları olub. Ancaq işini yaxşı görür və onun uğur qazanacağına inanıram. Mən həmişə ona azarkeşlik etmişəm. Əminəm ki, digər sürücülər də ona qibtə ilə baxırlar. Yaxşı komandası var və əla sürür. Onun vəzifəsi budur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*