M.Andretti Rasselldən razı qalıb

Sabiq Formula1 pilotu Mario Andretti bildirib ki, Corc Rassell bu mövsüm hamını təəccübləndirib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Mercedes-ə yeni gəlsə də, komandaya tez uyğunlaşıb. O hazırda 7 dəfə podiuma yüksəlib və hazırda yeddiqat Dünya Çempionu olmuş Həmilronu qabaqlayır.

Mario Andretti: “Məncə, ilin ən təəccüblü performansı Corc Rasselldən gəlir. Sıralanma tempindən təsirləndim, amma yarışda hər şeyi nəzarətdə saxlaması lap təsiredicidir. Onun komanda yoldaşı idman tarixinin ən uğurlu pilotu Lyuis Həmiltondur və onunla mübarizə aparmalıdır. Bu çox çətin vəzifədir, ancaq Rassell buna tab gətirə bilir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*