Rassell: Sıralanma turundan əvvəl Pyer məni şahmatda məğlub etdi

Corc Rassell İtaliya Qran Prisindəki sıralanma turunda ikinci nəticə göstərib və poulun sahibi Pyer Qasliyə 0.060 saniyə uduzub. Mercedes komandasının sürücüsü Alpine komandasının pilotu adına sevinib, amma birinci yerdən start ala bilməyəcəyinə görə məyus olduğunu da əlavə edib.

Corc Rassell: “İlk növbədə, inanılmaz çıxışına görə Pyeri təbrik edirəm. sıralanma turunun başlamasına təxminən 15 dəqiqə qalmış onunla şahmat oynamağı bitirmişdik və o məni məğlub etmişdi. Həmin an düşündüm ki, “Yaxşı, onda sıralanma turunda səni qabaqlayaram”. Amma indi buradayıq və o, yenə məndən öndədir!

Poula yiyələnə bilmədiyim üçün məyusam. Sürətli dövrəyə Maks Ferstappenə görə pis başladım. Sürətli dövrədə, demək olar ki, hər şeyi sıxdım, amma Pyer və Alpine hələ sıralanma turunun birinci sessiyasından etibarən çox sürətli idilər. Yaxşı nəticə göstərə bildiklərinə görə buna sevinirəm”.