C.Rassell: Bir gecədə 1 saniyə fərq bağlanmır

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bir gecədə 1 saniyəlik fərqi bağlamaq mümkün deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü Ciddədəki cümə sərbəst yürüşlərini 5-ci yerdə bağlayıb. O, Ferstappendən 0.4 saniyə geridə qalıb.

Corc Rassell: “Rəqiblərimizin hansı rejimdə işlədiyini bilmirik. Bu hər sərbəst yürüşlərdə baş verən hadisədir. Red Bull-un öndə olduğu məlumdur, ancaq biz də hazırda öyrənirik. Yaxşı nəticə üçün çox işləməliyik.

Bu həftəsonu dəyişikliklər var, amma istədiyimiz kimi deyil. Yəni ki, bir az vaxta ehtiyacımız var. Trasa çıxıb əlinizdəki paketin maksimum potensialını göstərə bilərsiniz. Yoxsa bir gecəyə 1 saniyə bağlamaq mümkünsüzdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*