Corc Rassell: “Monzada mənim də güc qurğumu dəyişmədiklərinə görə təəssüflənirəm. Heç kim slipstrimin bu qədər güclü effekt verəcəyini gözləmirdi. Maks məni keçəndən sonra növbəti dövrədə slipstrim hesabına düzlükdə 1.4 saniyə qazandım. Yadınızdadırsa, Kimi cəmi bir neçə dövrə ərzində 5-6-cı yerə qədər yüksəlmişdi. Bu, mühərrik dəyişikliyinə görə cəza tətbiq etmək üçün ideal yarış idi.
Komandanın sürücülərə yanaşması bərabərdir. Düzünü desəm, Monzada yarışın sonunda Kimi pit-stopa yollananda əmin idim ki, düzgün strategiya məhz məndədir. Startdan əvvəl brifinqdə müəyyən etmişdik ki, yarışın ən sürətli yolu Hard təkərlərlə başlamaq və imkan olsa, adi pit-stopdan qaçmaqdır.
Hesab edirəm ki, Kimi hazırda əslində məndən daha yaxşı çıxış edir. Əgər mən pit-stopa girsəydim, o isə trasda qalsaydı, bəlkə də yenə də yarışı o qazanardı. Bunu kim bilir. Mən öz üzərimdə işləməyə davam etməliyəm”.





