Ştayner hesab edir ki, Rassell Audi-yə keçə bilər

Formula1 sürücüləri istirahət edərkən, Günter Ştayner yeni şayiə dalğası yayır. Haas komandasının sabiq rəhbəri hesab edir ki, Corc Rassell Mercedes-dən başqa komandaya keçid variantlarını nəzərdən keçirir və Audi onun üçün cəlbedici seçim ola bilər.

“Çox sürücü 2028-ci ildə Audi-yə keçməkdə maraqlıdır, – deyə Ştayner The Red Flags podkastında fikrlərini bölüşüb. – Gələn mövsüm komandanın heyəti, demək olar ki, müəyyənləşib, ancaq 2028-ci ildə onların, ola bilsin, boş yeri yaranacaq.

Bu, çox maraqlı variantdır, çünki Audi yaxşı irəliləyiş əldə edib. Görünür, komanda doğru istiqamətdə hərəkət edir. Düşünürəm ki, maraqlananlar az olmayacaq və Karlos Sayns mütləq onlardan biridir.

Düşünürəm ki, Corc Rassell də hazırda digər variantlara baxır. Təxmin edirəm ki, o, Kimi Antonellinin yanında bütün karyerasını keçirmək istəmir, çünki bu halda komanda daxilində onun vəziyyətinin necə olacağını başa düşür. Buna görə də o, yeni imkanlar axtarır”.

Mövsüm ərzində Corcun titul qazanmaq perspektivlərini qiymətləndirərkən, Günter Ştayner qətiyyətli olub: “Belə ssenarinin başvermə ehtimalını 5% hesab edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*