G.Ştayner: “2018-ci ildəki kimi olacağıq”

Haas komandası keçən mövsümü olduqca zəif keçirərək, Mühəndislər Kubokunda yalnız Williams komandasını qabaqlamışdı.

F-1.az bildirir ki, Haas komandasının rəhbəri Günter Ştayner əmindir ki, ötən mövsümki uğursuzluqdan sonra komanda 2018-ci ildə Mühəndislər Kubokunda 5-ci pilləni tutmağa imkan verən formaya qayıdacaq.

“Mən əminəm ki, biz 2018-ci ildə tutduğumuz mövqeyə geri qayıda biləcəyik. Ötən il biz özümüzə və qərarlarımıza daha tənqidi yanaşmalı idik. Pilotlar Barselona mərhələsinə hazırlanan yeniliklərin effektivliyinə əmin deyildilər. Lakin problem bundadır ki, bu trasda bizim maşın rəqabətədavamlı idi və buna görə biz daha da irəliyə getdik. Yeniliklər barədə yanlış istiqaməti seçməyimizi anladıqda isə artıq gec idi”, – deyə Ştayner qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*