G.Ştayner: 11-ci komanda F1-ə heç nə verməyəcək

Andretti Cadillac əməkdaşlığının elan olunması ilə F1-də 11-ci komandanın olma ehtimalı artıb.

F-1.az bildirir ki, Haas-ın rəhbəri peletona daha bir komandanın əlavə olunmasını mənasız hesab edir.

Günter Ştayner: “Beş il əvvəl Formula1 komandasını ucuz qiymətə almaq olardı. Onlar heç kimə lazım deyildi və maraqlanan yox idi. İndi isə eyni anda hamı yeni komandadan danışır.

Artıq F1-də olan on komanda maliyyə cəhətdən sabitdir və işləyir. Hər şey mükəmməl şəkildə qurulub, Onsuz da mövcud olan on komandada hər şey qaydasındadır. İdmanın biznes tərəfi durmadan irəliləyir. Hər şey əladır! Heç bir çətinlik yoxdur!
Amma 11-ci komandanı əlavə etsəniz, bəzi fəsadlar yaranar. Hamımız daha kiçik ödənişlər alacağıq, bəzi komandalar yaşamaq üçün mübarizə aparmalı olacaqlar – indi hər şey yaxşıdırsa, nə ehtiyac var?. Əgər faydası yoxdursa, niyə riskə gedilir?
Başa düşə bilmirəm ki, 11-ci komanda bizə nə verəcək? Qərar vermək mənim yox, FOM-un işidir, çünki Formula1-də bütün biznes proseslər onlardan – FOM və FİA-dan asılıdır. Amma bu, yalnız riskdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*