17 Dekabr 2018, Bazar ertəsi - 10:13

G.Ştayner: “Qrojan topladığı xallarla öz haqqını ödəyib”

G.Ştayner: “Qrojan topladığı xallarla öz haqqını ödəyib”

Müəllif: Rauf Hacıyev, redaktor

18:58 - 05 Aprel, 2016

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, ödənişli sürücüdənsə, Roman Qrojanı transfer etməyin faydalarını görürlər.

F-1.az xatırladır ki, Roman Qrojan Lotus-dan Haas-a keçdiyi üçün sərt tənqidlərə məruz qalmışdı, amma fransalı sürücü mövsümün ilk iki yarışında 6-cı və 5-ci yerləri tutaraq tənqidçiləri susdura bilib.

Haas komandası Qrojanın aldığı 18 xalın hesabına Mühəndislər Kubokunda 5-ci pillədədir.

Günter Ştayner: “Roman bizim maşının sükanı arxasında tutduğu yerin haqqını artıq ödəyib . Özü də böyük məbləğdə ödəmə edib. Amma bizim hələ müəyyən miqdara ehtiyacımız var.

Bəlkə başqa bir ödənişli sürücü olsaydı, biz indi olduğumuz yerdə ola bilməzdik. Sürücünün və ya bolidin güclü olub-olmadığını fikirləşərdik.

Ancaq indi onun hesabına biz bilirik ki, haradayıq. Hamı onun kimi keyfiyyətli sürücülərlə uğur qazanmaq istəyər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 360
Teqlər , ,
Paylaş

logo