Roman Qrojan Lamborghini ilə müqavilə imzalayıb

Keçmiş Formula1 pilotu Roman Qrojan Lamborghini zavod komandası ilə müqavilə imzalayıb.

F-1.az xəbər verir ki, 2023-cü ildə Roman Dünya Dözümlülük Çempionatının (WEC) LMDh sinifli hiperkarın hazırlanmasında mühəndislərə kömək edəcək. Yeni maşının 2024-cü ildə debüt edəcəyi gözlənilir.

Bundan əlavə, gələn mövsüm Qrojan komanda yoldaşları Mirko Bortolotti və Andrea Kaldarelli ilə birlikdə Iron Lynx zavod komandasında Huracan GTE EVO2 ilə yarışacaq. Artıq yanvar ayında Roman Daytonada 24 saatlıq yarışda iştirak edəcək.

Roman Qrojan: “Bir çox istehsalçının dözümlülük yarışlarına qayıtdığı bir vaxtda Lamborghini-ni təmsil etməkdən məmnunam. Müqavilənin imzalanması ilə nəticələnən danışıqlar çox sürətlə getdi: komanda rəhbərindən bir telefon zəngi, iki və ya üç elektron məktub və biz hər şeyi razılaşdırdıq.

Lamborghini uğurlu brenddir və ümid edirəm ki, biz gələcəkdə uğur qazanacağıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*