Haas çarpma testindən keçib

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 2017-ci ilin bolidi çarpma testlərini keçib.

F-1.az xatırladır ki, amerikalılar keçən il Formula1-də debüt etmiş və 29 xal toplayaraq, Mühəndislər Kubokunda 8-ci olmuşdular.

Günter Ştayner: “Bu həftə çarpma testlərinə girdik və uğurlu şəkildə testlərdən keçdik. Hazırda hər şey planlaşdırdığımız kimi gedir. 2017-ci il üçün önəmli hədəflərimiz var və bunları reallaşdırmaq üçün var gücümüzlə işləyirik. Hazırlıqlarımızı tez bir zamanda tamamlaya bilməyəcəyik, amma bunu heç kim bacarmayacaq. İşlər həmişə son ana qalır, amma sonda həll olur.

Keçən il təcrübəsiz olmağımıza baxmayaraq, hər şeyi tez öyrəndik və rəqiblərimizlə bəzi yarışlarda mübarizə apara bildik. Bu il də tempimizi davam etdirib, təcrübəmiz hesabına daha yaxşı yerlər tutacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*