C.Rassel rəqibi Bottasdan üzr istəyib

Williams komandasının sürücüsü Corc Rassel sonuncu İmola yarışındakı insidentə görə Bottasdan üzr istəyib.

F-1.az xatırladır ki, iki sürücü Emiliya Romanya yarışında təmas etmiş və mübarizəni dayandırmışdılar. Lakin Rassel günahkar olduğu halda bunu boynuna almaq istəmirdi. Amma Mercedes komandasının rəhbəri bu insidentə görə gənc Rasseli sərt formada tənqid etmişdi.

Sonda britaniyalı sürücü sosial şəbəkə üzərindən rəqibi Bottasdan üzr istəyib: “Dünən ən qürur duyduğum gün deyildi. Hazırda bizə xallar lazım idi və bəlkə də builki ən böyük şansımız idi, amma riskə getmək istədim. Ancaq işə yaramadı və məsuliyyəti boynuma götürürəm. Hadisədən sonra düşündüm. Emosialar bəzən üzə vurur və mə də dünən onlara uduzdum. Başqa insanlar məndən daha yaxşı performans gözləyir və mən də özümə qarşı tələbkaram. Bu həftəsonundan dərslər çıxardım. Bu hadisədən daha güclü sürücü kimi çıxmaq istəyirəm. İndi isə Portuqaliya yarışını düşünməliyəm. Orada da özümü göstərmək şansım olacaq. Müsbət və mənfi mesajlara görə hamınıza təşəkkür edirəm. Onlar mənə təkmilləşmək üçün kömək edəcəklər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*