18 Avqust 2019, Bazar - 01:40

R.Smedli yeni qaydalardan nə gözləyir?

R.Smedli yeni qaydalardan nə gözləyir?

Müəllif: Rauf Hacıyev, redaktor

10:33 - 12 Fevral, 2017

Williams komandasının yarış direktoru Rob Smedli bildirib ki, 2017-ci ildəki yeni reqlamentdən sonra sıralanmada böyük dəyişikliklər gözləmir.

F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsinin çoxalacağı gözlənilir.

Xatırladaq ki, Formula1-dəki son qayda yenilənmələrindən sonra güc balansı böyük ölçüdə dəyişmişdi. 2009-cu ildən əvvəl Ferrari və McLaren komandaları arasında mübarizə getdiyi halda, yeni qaydalardan sonra Brawn GP və Red Bull mübarizə aparmışdılar. 2014-cü ildən əvvəl isə Red Bull ard-arda 4 dəfə çempion olduğu halda, yeni qaydalardan sonra Mercedes 3 dəfə ard-arda çempion olmuşdu.

Amma Rob Smedli yeni mövsümdə 2009-cu və 2014-cü illərdəki güc dəyişikliklərini gözləmir: “Ümid edirəm ki, bir az dəyişiklik olacaq. Amma sıralanmada dəyişiklik olacağını gözləmirəm. Əgər böyük büdcəniz yoxdursa, çempion ola bilməzsiniz. Formula1-in bu dövründə pula ehtiyacınız var. Amma bu, o demək deyil ki, ön, orta və arxa qrupda dəyişikliklər olmayacaq. Ön qrupda çox komandanın olması və həftəsonuna başlamamışdan əvvəl kimin qalib gələcəyini bilməmək çox vacibdir. Belə şeylər azarkeşləri cəlb edir. Əgər yarışı qazanmağa 4-5 sürücü namizəddirsə, bu doğrudan da həyəcanverici olar. Ümid edirəm ki, yeni reqlamentdə bu mümkün olar.

Avstraliyada ən sürətli olan komandanın Əbu Dabidə də ən sürətli olacağına inanmıram. Mövsüm ərzində güc balansı dəyişə bilər. Əgər bunu bacara bilsək, deməli yeni qaydalar uğurlu olub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 682
Teqlər ,
Paylaş

logo