23 Sentyabr 2019, Bazar ertəsi - 19:40

L.Stroll: “Paxıl adamlar çoxdur”

L.Stroll: “Paxıl adamlar çoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

20:23 - 19 Mart, 2018

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, idmana atasının pulları sayəsində gəlməyib.

F-1.az xatırladır ki, kanadalı sürücü 2016-cı ildə Formula3-də rekord qıraraq çempion olduqdan sonra keçən il Williams komandası ilə Formula1-də debüt etmişdi. Bəzi iddialara əsasən, 19 yaşlı sürücü komandaya illik 30 milyon avro ödəyir və buna görə də ona pullu sürücü deyirlər.

Ləns Stroll: “Paxıl adamlar həmişə olur. Uğurlarınızı qısqanırlar. Tənqidlərə ancaq performansımla cavab verə bilərəm. Keçmişi düşünüb “kaş belə etsəydim” asan olsa da, etmək mümkün deyil. Keçən il debüt etdim. Artıq daha təcrüəliyəm. Keçən il çox təcrübə qazandım. Artıq stabil və güclü olmaq istəyirəm. Karyeram ərzində F4 və F3-də çempion oldum. F3-də rekord qırdım və bunu edən ən gənc sürücü oldum. Sizə reallığı deyirəm. Özümü tərifləmirəm. Mənə pullu pilot deyənlərə belə cavab verə bilərəm. Burada olmağa layiqəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 338
Teqlər ,
Paylaş

logo