P.Lou: “Səhv qərar verdik”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Ləns Strollun Felipe Massaya hücumuna görə Vandorndan geri qalıblar.

F-1.az xatırladır ki, Ləns Stroll pitdən çıxarkən Felipe Massanın gerisinə düşmüş və növbəti dövrədə start-finiş düzlüyündə komanda yoldaşı ilə mübarizə apararkən, hər iki sürücü vaxt itirərək, pitdən çıxan Vandornu önə buraxmalı olmuşdular.

Pəddi Lou: “Pitlərdən əvvəl öndə olan Ləns pitdən sonra Felipedən geri qaldı. Düşündük ki, yerlərini dəyişdirmək ən doğru qərardır. Startdan sonra Massanın maşınında xəsarət var idi. Heyif ki, Vandorn pitdən çıxandan sonra bizə çatdı. Vandorna qarşı bir yer itirdik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*