L.Stroll Saynsı tənqid edib

Williams komandasının sürücüsü Ləns Stroll Bəhreyn yarışında mübarizəni vaxtından əvvəl dayandırdığı üçün Karlos Saynsı günahkar göstərib.

F-1.az xatırladır ki, Sayns və Stroll arasında birinci döngədə insident yaşanıb və yarışdan sonra hadisəni araşdıran stüardlar ispaniyalı sürücüyə Rusiya yarışının startında 3 yer itirmək cəzası veriblər.

Ləns Stroll: “Karlos üstümə sürdü və yandan sərt çırpıldı. Hadisədən sonra təkrara baxanda da gördüm ki, üstümə sürüb və mənə çırpılıb. Onu pit yolunda gördüm və trayektoriyaya geniş daxil oldum. Amma yol qurtaranda əlimdən heç nə gəlmirdi. Mənə çırpılmasını başa düşmürəm. Yarışda tempimiz yaxşı idi və xal qazana bilərdim. Çindən sonra burada da təmas yaşadığım üçün mübarizəni dayandırdım”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*