A.Elbon: Loqan tez öyrənəcək

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, Loqan Sarcent hər şeyi tez öyrənir.

F-1.az xatırladır ki, Loqan Sarcent bu il Williams komandası ilə idmanda debüt edəcək. O peletondakı üç debütant sürücüdən biri olacaq. 22 yaşlı pilot keçən mövsüm Formula2-də dördüncü yeri turmuşdu.

Aleksander Elbon: “Loqan keçən il bir az bolidi sürmüşdü. O çox sürətlidir və simulyatorda aldığımız geribildirimlər demək olar eynidir. Eyni şeylərdən danışırıq və geribildirim cəhətdən eyni nöqtədəyik. Əminəm ki, hər şeyi tez öyrənəcək”.

, ,