C.Rassell: Çempion olmaq üçün gəlmişəm

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Mercedes-ə çempion olmaq üçün gəlib

F-1.az xatırladır ki, 24 yaşlı pilot Mercedes-dəki debüt mövsümündə yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu 35 xal qabaqmışdı.

Corc Rassell: “Mövsümün əvvəlində mənə Həmiltonu məğlub edəcəyimi desələr, çox sevinərdim. Çünki onu qabaqlamaq çempionluğa bərabərdir.

Heyif ki, bolidimiz çox zəif idi və problemlər yaşadıq. Yenə də bu il güclü bolidimiz olsa, Lyuis əvvəlki səviyyəsinə qayıdacaq. keçən il poul qazandım və Braziliyada qalib gəldim. Çox sevincliyəm. Buraya Çempion olmaq üçün gəlmişəm və önümüzdə uzun yol var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*