C.Herbert: Həmilton karyerasının sonlarındadır

Keçmiş Formula 1 sürücüsü, bugünlərdə Sky Sports-dan ayrılan Conni Herbert Lyuis Həmiltonun ötən mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

F-1.az xatırladır ki, Lyuis keçən il bir mövsümü karyerasında ilk dəfə qələbəsiz başa vurmuş, sürücülər çempionatında yalnız altıncı ola bilmişdi.

Conni Herbert: “Mənə elə gəlir ki, Lyuis keçən mövsümə maşının çox da yaxşı olmadığını anlayaraq bir az əsəbi başlamışdı. Düşünmürəm ki, o, düzgün zehni yanaşmaya malik deyildi. O, yəqin ki, məyus oldu – əvvəlki mövsüm titulu əlindən alındı və səkkizinci çempionluğun bu dəfə də gəlməyəcəyini başa düşdü.

Ümumiyyətlə, sürücü üçün komanda yoldaşınızın yaxşı nəticələr göstərəcəyini dərk etmək müsbət amil ola bilər. Bu vəziyyətdə, dərhal oyununuzu oynamağa başlamalı olduğunuzu başa düşürsünüz. Lyuis bunu keçmişdə etmişdi, lakin indi karyerasının sonuna yaxınlaşır. Yaşlandıqda, komandaya uğura can atan bir gənc gəldikdə hər şey dəyişilir. Düşünürəm ki, onları çətin mübarizə gözləyir – amma bizim istədiyimiz də budur”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*