M.Brandl: Daniel risk aldı

Sky Sports kanalının Formula1 təhlilçisi Martin Brandl düşünür ki, Daniel Rikkardonun Formula1-ə qayıtması risklidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən ilin sonunda McLaren-dən ayrılanda 2023-cü ildə fasilə verməyi və 2024-cü ildə yenidən idmana qayıtmağı hədəfləyirdi. Lakin bu qayıdış bir az tez olub. Bal Porsuğu ləqəbli sürücü AlphaTauri komandasında ümidləri doğrulda bilməyən Nik de Frizi əvəz edəcək.

Martin Brandl: “Onu yenidən peletonda görəcəyim üçün doğrudan da sevinirəm. Ancaq onun qayıtmasına çox təəccübləmdim.

Daniel həmişə deyirdi ki, həyəcanını itirib və yenidən idmana qarşı istəyinin qayıtmalı olmasından danışırdı.

Əminəm ki, altı ay simulyatorda işləməsi və Formula1-də yarışmaması ona təsir edib. Buna görə də peletondakı 20 sürücüdən biri olmaq istəyini anlayıram.

Daniel Rikkardolu Formula1 yaxşıdır. Ancaq onun peletondakı ən yavaş maşını sürməsi böyük riskdir. Tsunodanı mütləq məğlub etməlidir. Onu sıralanma turunda və yarışda geridə qoyması qəti gözləntidir. Əgər bunu bacarsa və sıralanma turunda davamlı onluğa düşüb, yarışda da orada qalsa, karyerası qurtular”.

Brandl düşünür ki, Red Bull komandasının Silverstoundakı testlərə görə qərar verməsi səhv addımdır: “Kauçukla örtülmüş trasda bütün gün dövrə vura bilərsiniz. Bu meyar deyil və buna görə qərar verdiklərini düşünmək istəmirəm. Sadəcə De Frizlə yollarını ayırmağa fürsətləri oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*