D.Rikkardo: “Burada zəifik”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Malayziya yarışından sonra Yaponiyada çox güclü deyillər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü quru havada keçən birinci sərbəst yürüşlərdə lider Fetteldən 0.375 saniyə geri qalaraq, 3-cü olub.

Daniel Rikkardo: “Mövsümün əvvəlinə nisbətən yaxşı vəziyyətdəyik, amma hələ də ən güclü statusuna sahib deyilik. Bolidimiz güclü olsa da, asfaltayatma qüvvəsinin az olması işimizi çətinləşdirə bilər. Buna görə də rəqiblərimizdən geridəyik.

Ferrari Soft təkərlərlə tempini ilk dövrələrdə göstərdi. Mercedes-in də şənbə günü performansı artacaq. Bizim isə dəyişdirə biləcəyimiz heç nəyimiz yoxdur. Mövsümün əvvəlindən iki komanda da fərqli olurlar. Sabah yağış gözləyirik. Bu, bizim üçün şans yarada bilər. Yarışın isə quruda keçməsini gözləyirik. Ümid edirəm ki, yaxşı nəticə alarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*