D.Rikkardo: “Təhlükəsizlik zonaları bizi zəif göstərir”

Daniel Rikkardo bildirib ki, Formula1 traslarındakı təhlükəsizlik zonaları sürücüləri zəif göstərir.

F-1.az xatırladır ki, Berni Ekklstoun bildirmişdi ki, sürücülərin tras xaricinə çıxıb, geriyə düşməmələri şou cəhətdən pisdir və bunun qarşısını almaq üçün bəzi traslarda təhlükəli döngələrdə alçaq divarlar qurmaq lazımdır.

Rikkardo bu fikirlə razıdır: “Divarlar əslində yaxşı olar. Divarların olmasını qəbul edirəm. Çünki bu daha yaxşı həll yolu ola bilər. Həmilton Monakoda müdafiə olunarkən şikananı kəsdi. Orada divar olsaydı, o zaman sevinərdim. Çünki yarışı qazanacaqdım.

Sürücülər bəzi şeylərdən uzaq durmalıdırlar. Belə olan halda həyəcan az olur. Buna görə də şəhər tipli trasları sevirəm”.

Rikkardo əlavə edib ki, sürücülərin tras kənarına çıxdıqdan sonra heç nə olmamış kimi trasa qayıtması onları daha pis göstərir: “Sürücülər toplantısında həmişə çınqıllı zonaların qayıtması barəsində danışırıq. Porebrik çıxıntıları və bördürlər bəzi yerlərdə işə yarayır. Sistem inkişaf edir, amma sürücülərin tras xaricinə çıxıb, geri qayıtması və buna görə vaxt itirməməsi pisdir. Bunun bir cəzası olmalıdır. Əgər döngəni daha geniş alırsınızsa, deməli səhv etmisiniz və vaxt itirməlisiniz. Məni məyus edən budur. Həmişə səhv edib, buna görə vaxt itirmirsinizsə, bu, bizim daha pis və zəif görünməyimizə səbəb olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*