19 Oktyabr 2019, Şənbə - 01:08

M.Ferstappen yeni dəbilqə ilə yarışacaq

M.Ferstappen yeni dəbilqə ilə yarışacaq

Müəllif: Rauf Hacıyev, redaktor

18:11 - 15 Fevral, 2018

Red Bull Racing komandasının sürücüləri Maks Ferstappen və Daniel Rikkardo 2018-ci ildə yarışacaqları dəbilqələri təqdim ediblər. McLaren komandasının sürücüsü Fernando Alonso isə dəbilqəsinin bir hissəsini göstərib.

F-1.az xatırladır ki, Maks Ferstappen 2016-cı ilin Barselona yarışında qalib gələrək, Formula1 tarixinin yarış qazanan ən gənc sürücüsü olmuşdu.

Bu il Formula1-də 4-cü mövsümünü keçirəcək hollandiyalı sürücü fərqli dəbilqə ilə yarışacaq. 20 yaşlı sürücü dəbilqəsini təqdim edərək, “bu da 2018-ci ildəki dəbilqəm, karyeram ərzində yaşadığım xüsusi anları dəbilqəmdə əks etdirdim, ümid edirəm ki, sevəcəksiniz” deyib

Daniel Rikkardo da yeni dəbilqəsini təqdim edərək, birinci yarışı gözlədiyini deyib.

Bundan başqa Alonso da İnstaqram hesabı üzərindən dəbilqəsinin bir hissəsini göstərib. Üst tərəfdəki narıncı rəng çaları onu göstərir ki, komanda yenidən narıncı rənginə qayıdacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , , ,
Paylaş

logo