K.Sayns: “Üçüncü adam olmaq istəmirəm”

Karlos Sayns bildirib ki, əgər Red Bull komandasına transfer olunmasa, həyatını üçüncü adam olaraq keçirməyəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Toro Rosso komandasında üçüncü mövsümünü keçirəcək. Sayns Red Bull komandasına keçə bilər, amma Daniel Rikkardo və Maks Ferstappenin hələ də komanda ilə müqaviləsi var. İki sürücünün də “Qırmızı Öküzlər”lə 2018-ci ilə qədər müqavilələri var.

Sayns bildirib ki, əsas komandaya keçə bilməsə, Red Bull ailəsini tərk edəcək: “Komandadakı sürücülərlə xoşbəxt görünürlər. Mənim kimi sürücünü ehtiyatda saxlamaları yaxşıdır, amma mən bütün həyatımı Red Bull-un ehtiyat sürücüsü kimi keçirə bilmərəm.

Onlar bunu başa düşürlər. Gələn il mənim üçün çox vacibdir, çünki ümid edirəm ki, mənim üçün Red Bull-da yer açacaqlar. Bu mənim üçün yaxşı olar. Əks halda, həyatımı üçüncü adam kimi sərf edə bilmərəm”.

Red Bull-un 2018-ci ildə Saynsı əsas komandaya transfer etmək ehtimalı var, amma ispaniyalı bildirib ki, əsas söz haqqı ondadır: “Mənim Toro Rosso-da bir il qalıb istəyib-istəməyəcəyim çox vacibdir. Onlar bilirlər ki, mənim böyük hədəflərim var. 2018-ci il üçün önəmli hədəflərim var. Bunlar barədə danışacayıq. Formula1-dəki bütün sürücülərin müqavilələri ləğv oluna bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*