S.Fettel: “Massa üçün darıxacam”

Sebastyan Fettel mövsümün sonunda təqaüdə çıxan Massanın ayrılığının məyusedici olduğunu bildirib...

F-1.az xatırladır ki, Felipe Massa 2006-2013-cü illərdə Ferrari-də yarışıb və burada çoxlu Dünya Çempionlarına qarşı mübarizə aparıb. 2014-2016-cı illərdə Williams-da çıxış edən braziliyalı sürücü mövsümün sonunda təqaüdə çıxacaq.

Fettel bildirib ki, balaca olanda Massanın yarışlarını izləyib və ona hörmət edir: “Həyatımda onunla bağlı çoxlu xatirələr var. İlk yarışa çıxdığı günü xatırlayıram. Ferrari dövrünü isə çox yaxşı xatırlayıram. O, Mixaelin komanda yoldaşı idi və sonra düşündüm ki, Şumaxer Dünyanın ən sürətli sürücüsüdür və Massa bərabər yarış şəraitində onu bir neçə dəfə məğlub edib. Buna görə də ona hörmət edirəm. Daha sonra onu yaxından ranıdım, Massa yaxşı insandır və onun üçün darıxacam.

Amma vaxtı gələndə getməyi bacarmaq lazımdır. Belə qərar verə bilərəmmi? Bilmirəm. Amma o artıq qərarını verib. Deməli, bir səbəbi var. Ona həyatda uğurlar arzu edirəm. Onun haqqında pis söz deyə bilmərəm. O yaxşı insandır və həmişə gülümsəyir. Onun üçün darıxacam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*