D.Rikkardo: “Son sessiya çox qarışıq keçdi”

Braziliya QP-nin sıralanma turunda 6-cı yeri tutan Daniel Rikkiardo bildirib ki, üçüncü sessiyada işlər gözlədiyi kimi getməyib...

F-1.az xatırladır ki, sıralanma turunda Mercedes sürücüləri ilk iki yeri tutduğu halda, Rəykkönen 3-cü, Ferstappen 4-cü, Sebastyan Fettel isə 5-ci olub.

Rikkardo inanır ki, sabahkı yarışda yaxşı performans göstərərək, bugünkü səhvlərini kompensə edəcək: “Sözün açığı, bir az məyusam. Yaxşı ilk sektordan sonra boliddən daha artığını almaq istədim. Burada bir neçə dəfə xırda səhvlər etdim və bu mənə baha başa gəldi. Belə baxanda 3-cü yer ilə 6-cı yer arasında 0.1 saniyə olduğunu görürəm. Bəzi döngələrdə səhv etməmək üçün özümü stresli hiss edirdim. Bilimirəm, qarışıq sessiya oldu. Növbədə uzun yarış var və hər şey ola bilər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*