K.Rəykkönen: “Rəqibi izləmək asanlaşıb”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, artıq rəqibi izləmək daha asandır.

F-1.az xatırladır ki, FİA ötmələrin artması üçün ön və arxa qanadlarda, saydpodlarda dəyişiklik edib. İlk iki yarışdan da xalla ayrılan Kimi Rəykkönen yeni texniki reqlamentdən razıdır: “Artıq mübarizə daha yaxındır. Döngədən çıxarkən çətin olsa da, döngələrdə daha çox yaxınlaşa bilirsiniz. Amma aşağı sürətli döngələrdə işimiz bir az çətindir. Daha çox yaxınlaşa bilsək də, ötmə etmək hələ də çətindir. Lakin bu dəyişikliklər bizim şansımızı artırır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*