Alfa Romeo test proqramını təsdiq edib

Alfa Romeo sabah Bəhreyndə başlayacaq testlər üçün sürücülərin iş qrafikini təsdiqləyən növbəti komanda olub.

F-1.az xəbər verir ki, testlərin ilk günündə sürücülər proqramı bölüşdürəcəklər – Quanyu Çjou səhər, Valtteri Bottas isə nahardan sonra maşınla işləyəcək. Növbəti iki gündə isə – əvvəlcə Quanyu, sonra isə Bottas təkbaşına işləyəcək.

Qeyd edək ki, artıq 5 komandanın cədvəli məlumdur…

, ,