Fettel Red Bull-un sükanı arxasına qayıdacaq

Dördqat F1 çempionu bu ilin sentyabrında keçiriləcək şou yarışı çərçivəsində Nürburqrinqdə Red Bull-un köhnə maşınını idarə edəcək.

F-1.az xəbər verir ki, Sebastyan 2011-ci ildə çempion olduğu RB7 ilə məharətlərini nümayiş etdirəcək. Həmin mövsüm Fettel on bir qələbə qazanmışdı və ikinci dünya çempionluğunu əldə etmişdi.

Sebastian Fettel ilə birlikdə onun keçmiş komanda yoldaşı Daniel Rikkardo da Red Bull-un Nürburqrinq şousunda iştirak edəcək. Avstraliyalı sürücükomandanın 2012-ci ildə yarışdığı RB8 bolidi ilə Nürburqrinq ətrafında bir neçə dövrə vuracaq.

Red Bull hamını maraq içində saxlamaqda davam edir və daha sonra şouda iştirak edəcək daha iki sürücünün adını açıqlayacağına söz verir. Şou 9-10 sentyabrda Formula1 yarışının olmadığı həftəsonuna planlaşdırıldığından, tamaşaçıların Red Bull Racing-in əsas sürücülərini görəcəyini güman etmək olar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*